Lavrov İsrail və Fələstinə çağırış etdi

Lavrov İsrail və Fələstinə çağırış etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail və Fələstini vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumat yayıb.

“Rusiya XİN rəhbəri israil və fələstinli həmkarları ilə telefon danışığı aparıb.

Lavrov İsrail və Fələstin tərəfdaşlarını maksimum məsuliyyət göstərməyə və vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb”, – məlumatda deyilir.

Rusiya tərəfi vurğulayıb ki, Moskva Fələstin-İsrail münaqişəsi zonasında yeni itkilərə və dağıntılara səbəb ola biləcək genişmiqyaslı silahlı qarşıdurmanın yaranacağından narahatdır.

Teqlər: