Səfirlər vaxtaşırı məsləhətləşmələr üçün gəlirlər.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistandakı səfiri Sergey Kopırkinin Moskvaya çağırılmasını şərh edərkən bildirib.
“Elan edilən hər şey artıq elan olunub. Məsləhətçilər, birinci katiblər, attaşelər gəlirlər”, – Lavrov deyib.
Qeyd edək ki, bu gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvaya çağırılıb.