Rusiya xarici işlər naziri Sergey Lavrovun İrana səfəri gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib.
Nazirin sözlərinə görə, İran strateji tərəfdaşlığa dair uzunmüddətli sazişi yekunlaşdırmaq üçün Lavrovun səfərini gözləyir:
“Xoşbəxtlikdən ölkələrimiz arasında münasibətlər üçün çox müsbət gündəliyimiz var. İkitərəfli və regional məsələlər üzrə danışıqlarımız çox yaxşı gedir”.