Lavrov hədələdi: Kreml Ermənistanda nələr edə bilər?

Lavrov hədələdi: Kreml Ermənistanda nələr edə bilər?

Proseslər sürətləndikcə, ritorika da sərtləşir və (Rusiya XİN başçısı – red.) Lavrov artıq bu dəfə konkret hərəkətlərdən danışır.

AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan Rusiya xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatiya Forumunda Ermənistanla münasibətlərə Kremlin yenidən baxmağa məcbur edildiyi və İrəvanın KTMT ilə bərabər, digər inteqrasiya qurumları haqda da qərar verməsinin vacib olduğu haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, hələlik Rusiyanın Ermənistana qarşı konkret hansı addımlar atacağı bəlli deyil:

“Çünki Rusiyanın Ermənistana bir neçə istiqamətdə təsir rıçaqları var. Məsələn, iqtisadi təsir rıçaqları, Rusiyada çoxlu sayda Ermənistan vətəndaşının olması, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və s. Təbii ki, bunların hamısı bizim üçün çox ağrılı məqamlardır və Rusiya Ermənistanın kəskin addımlarına cavab olaraq həmin ağrılı məqamların hər hansı birinə təsir göstərməyə çalışacaq. Ümid edək ki, bu, Ermənistanla Azərbaycan arasında birbaşa təcavüz olmayacaq. Demək çətindir, görəcəyik. Hər halda belə güman edilirdi ki, Ermənistan sərtləşdikcə, Qərbə doğru kəskin şəkildə getdikcə Rusiya da öz təsir rıçaqlarından istifadə etməyə çalışacaq”.

O qeyd edib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini də təşkil edə bilər.

Politoloq xatırladıb ki, Nikol Paşinyanın Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd etdiyini deməsi təsadüfi deyildi.

Teqlər: