Lavrov hədələdi: Buna nüvə təhdidi kimi baxacağıq

Lavrov hədələdi: Buna nüvə təhdidi kimi baxacağıq

Moskva Ukrayna ordusuna Amerikanın F-16 qırıcılarının tədarükünə NATO-nun nüvə sahəsində Rusiyaya siqnalı kimi baxacaq. Bu təyyarələrin Kiyevə verilməsi döyüş meydanında vəziyyəti dəyişməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Amerika F-16 təyyarələri uzun müddət Şimali Atlantika Alyansının nüvə missiyaları çərçivəsində əsas çatdırılma vasitəsi olub:

“Bu qırıcıları Kiyevə tədarük etməklə Rusiyaya NATO və ABŞ-ın Ukrayna münaqişəsi çərçivəsində hər şeyə hazır olduğunu başa salmağa çalışırlar. F-16-lar Qərbin Kiyevə ötürdüyü digər silah növləri kimi Rusiya ordusu tərəfindən məhv ediləcək”.

Teqlər: