Lavrov hansı razılaşmadan danışır? – Separatçılar Qarabağda…

Lavrov hansı razılaşmadan danışır? – Separatçılar Qarabağda…

Rusiya xarici işlər naziri Sergey Lavrov XİN rəhbərlərinin görüşündə bildirib ki, bölgədə münasibətlərin tənzimlənməsində üçtərəfli razılaşmaların alternativi yoxdur.

Rusiyanın baş diplomatı nəzəri baxımdan düz deyir, müharibədən sonra tərəflər arasında liderlərin imzaladığı yeganə sənəd üçtərəfli razılaşmadır. Lakin bunun siyasi baxımdan da alternativsiz olması üçün indiyə qədər orada əksini tapımış bəndlər icra edilməli idi: Qarabağdakı erməni silahlı dəstələr çıxarılmalı, Naxçıvana maneəsiz keçid verilməsi və s.

Nə Ermənistan öhdəliklərini yerinə yetirdi, nə də Rusiya bunu etdi. Laçın postunun qurulmasında sonra ümumiyyətlə üçtərəfli razılaşma arxa plana keçib. Böyük ehtimalla Rusiya yeni vəziyyətdə üçtərəfli razılaşmanı müəyyən korrekt edilmiş formada irəli sürəcək, xarici işlər nazirlərinin, daha sonra liderlərin Moskva görüşündə bu, müzakirə edilə bilər. Hərçənd, erməni qoşunlar Azərbaycan ərazisindən çxıarılmadığı, Qarabağda silahsızlaşdırılmadığı müddətdə irəliləyişdən danışmaq çətindir.

Teqlər: