Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də
Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla
görüşəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi
nümayəndəsi Mariya Zaxarova bildirib.
Görüş A.Mirzoyanın Rusiyaya işgüzar səfəri çərçivəsində
planlaşdırılır.
“Aprelin 8-də Moskvada Rusiya və Ermənistan xarici işlər
nazirliklərinin danışıqları planlaşdırılır”, – deyə M.Zaxarova
bildirib.