Rusiya xarici işlər naziri Sergey Lavrovla Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyti arasında oktyabrın 9-da görüş olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.
“Rusiya və Ərəb Liqasının öz gündəliyi var, lakin ərəb-İsrail münaqişəsinin dramatik şəkildə kəskinləşməsini nəzərə alaraq, bu mövzuya üstünlük veriləcək”, – Zaxarova vurğulayıb.
Qeyd olunub ki, görüş Moskvada keçiriləcək.