Rusiyanın xarici işlər naziri Sergey Lavrovla çinli həmkarı Vanq Yi arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Moskva ilə Pekin arasında ikitərəfli münasibətləri, beynəlxalq gündəmi, o cümlədən Ukrayna böhranını müzakirə ediblər.