Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstanla qonşu
dövlətlərin nazirlər konfransında iştirak etmək üçün Çinə səfərə
gedib.
AzerTimes-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi
Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb.
“Sergey Lavrov sabah Əfqanıstanın qonşu dövlətləri formatında
xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Çinin Tunsi
şəhərinə gəlib. Bu gün isə xarici həmkarlar ilə ikitərəfli
görüşlərə həsr olunacaq”, – deyə M.Zaxarova bildirib.