Lavrov Cavad Zəriflə görüşür – Müzakirə mövzusu Dağlıq Qarabağdakı vəziyyət

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 26-da Rusiyaya səfər edəcək.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, iranlı naziri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək və bir sıra beynəlxalq məsələlərlə, o cümlədən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məsələni müzakirə edəcək.

İranın nüvə proqramı, Suriyada, Əfqanıstanda və Fars körfəzi ətrafında vəziyyət də müzakirə mövzusu olacaq.

www.yenicag.az

Teqlər: