Lavrov bəyan etdi: “3+3” platformasının yeni iclası olacaq

Lavrov bəyan etdi: “3+3” platformasının yeni iclası olacaq

Cənubi Qafqaz üzrə “3+3” platformasının yeni iclasına hazırlıq gedir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla aparılan danışıqların nəticələrinə dair mətbuat konfransında bildirib.

“Biz konsultativ regional platformanın fəaliyyəti barədə də danışmışıq. Mən üç Cənubi Qafqaz respublikası və onların üç qonşusunu – Rusiya, İran və Türkiyəni nəzərdə tuturam. Bu, vaxtilə Azərbaycan Prezidentinin təşəbbüsü olub, ilk görüş baş tutub. İndi isə biz növbəti belə tədbiri hazırlayırıq, konkret tarixi və gündəliyi razılaşdırırıq”, – S.Lavrov qeyd edib.

Nazir əlavə edib ki, hazırda görüşün tarixi razılaşdırılır.

Xatırladaq ki, platformanın bundan əvvəlki iclası 2021-ci ilin dekabr aylında keçirilib. İclasda Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə iştirak edib. Gürcüstan platformaya qoşulmaqdan imtina edib.

Teqlər: