Lavrov Bakıdan İrəvana mesaj verdi – cavabı gecikmədi

Lavrov Bakıdan İrəvana mesaj verdi – cavabı gecikmədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdan İrəvana “Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verirsiniz” cümləsiylə mesaj göndərdi. Ermənistanın parlament sədri Alen Simonyan isə İrəvandan ona bu şəkildə cavab verdi: “Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”. Simonyan bununla Lavrova demək istəyib ki, bizim işimizə qarışmayın.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya XİN başçısı Sergey Lavrovun Bakıda keçirdiyi mətbuat konfransında səsləndirdiyi məlum fikirlə bağlı qeyd edib.

“Beləiklə, İrəvan Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Avropa Birliyinin missiyasını Ermənistanda yerləşdirib. Bu azmış kimi İrəvanda növbəti dəfə Rusiya əleyhinə yürüş keçirilib, etirazçılar Kreml sahibi Vladimir Putinin müqəvvasını yandırıb, məşhur şair Mixail Lermontovun rusları aşağılayan “Əlvida, yuyulmamış Rusiya, qullar və ağalar ölkəsi” şeirindən parçalar oxuyublar. Ermənistanda keçirilən rəy sorğuları da Rusiyanın Qərbdən geridə qaldığını göstərir”.

Teqlər: