Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirlər Şurasının 28-ci iclası çərçivəsində Qarabağdakı vəziyyəti müzakirə edəcək.
Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Qeyd olunub ki, S.Lavrov dekabrın 2-3-də Stokholmda ATƏT Xarici İşlər Nazirlər Şurasının iclasında iştirak edəcək:
“İclasda təşkilatın hərbi-siyasi, iqtisadi, ekoloji və humanitar müstəvilərdə təhlükəsizik istiqamətində fəaliyyətinin yekunları və perspektivləri, eləcə də ATƏT məkanında, o cümlədən Qarabağda tənzimlənmə məsələləri müzakirə olunacaq”, – S.Lavrov deyib.
(Tərcümə: Orxan Nəbiyev)