Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da Moskvada ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə təşkilatın Qarabağda vəziyyətin tənzimlənməsinə yardımını müzakirə edəcək.
Trend bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.
Görüş zamanı, həmçinin ATƏT-in Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində vasitəçiliyi ilə bağlı məsələlərin müzakirəsi də nəzərdə tutulub.
Bundan başqa, ATƏT-in üzv dövlətlər üçün ümumi problem olan transmilli təhdidlər, terrorçuluq, qanunsuz narkotik dövriyyəsi, transsərhəd mütəşəkkil cinayətkarlıq, kibercinayətlər, insan alveri ilə mübarizədə rolunun artırılması məsələsi müzakirə olunacaq.
(Tərcümə: Orxan Nəbiyev)