Biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Rusiyalı nazir bildirib:
“Diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində də sanballı tədbirlər proqramı həyata keçirilir. İyirmidən çox müxtəlif tədbir planlaşdırılır, onların bir qismi artıq təşkil edilib, qalanları ilin sonunadək keçiriləcək. Bu tədbirlər bizim vətəndaşlar tərəfindən yaxşı qarşılanır. Bu, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə can atmasını, mədəniyyətlərimizin, tarixi yaddaşımızın ümumiliyini vurğulayır”.