ABŞ Ukraynanı Rusiyaya qarşı müharibə alətinə çevirmək üçün bütün Qərb ölkələrini öz iradəsinə tabe edib.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.
“Bu gün ABŞ demək olar ki, bütün kollektiv Qərbi özünə tabe edib, onu Ukraynanı Rusiyaya qarşı mübarizə alətinə çevirmək üçün səfərbər edib. Necə ki, Hitler öz dövründə Avropanın əksər ölkələrini “silahı altına alıb”, Sovet İttifaqına hücum etdi”, – Lavrov bildirib.
Lavrov Hitlerin planları kimi ABŞ-ın da niyyətlərinin gerçəkləşməyəciyini söyləyib.