Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Qəzzadakı vəziyyəti müzakirə edib, tərəflər tezliklə atəşkəsin vacibliyini vurğulayıblar.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Söhbət zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətə yönəldilib. Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı ümumi narahatlıq ifadə olunub. Tezliklə atəşkəsin və zərərçəkmiş mülki əhaliyə təcili yardımın göstərilməsinin zəruriliyi vurğulanıb”,- məlumatda deyilir.