Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN başçıları arasında cari il avqustun 31-də Moskvada keçirilmiş danışıqların yekunları üzrə razılaşmaların hazırlanmasında ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.
Bundan başqa, tərəflər yüksək və yuxarı səviyyələrdə qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər.
Həmçinin, XİN başçıları beynəlxalq və regional məsələlər üzrə sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.