Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Telefon danışığı zamanı Lavrov İsrailin İran konsulluğuna zərbəsini bir daha pisləyib.
“Diplomatik nümayəndəlik və konsulluqlara hər hansı təcavüz yolverilməzdir”.