Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, İran tərəfinin təşəbbüsü ilə baş tutan söhbətdə İsrail-Fələstin gərginliyini fonunda Yaxın Şərqdəki vəziyyəti müzakirə edilib. Nazirlər tez bir zamanda silahlı qarşıdurmanın dayandırılmasının və məlum beynəlxalq hüquqla həllinin vacibliyini bildiriblər.
Lavrov və Abdullahian həmçinin Cənubi Qafqazdakı hazırki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər Cənubi Qafqaz üzrə “3+3” regional məşvərət platforması çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını vurğulayıblar.
Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunublar.