Rusiya xarici işlər naziri Sergey Lavrovla İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN məlumat paylaşıb.
Tərəflər Fars körfəzindəki mövcud vəziyyətlə bağlı müzakirələr aparıb. Eyni zamanda, Cənubi Qafqazda vəziyyətin inkişafı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də gündəmdə olub.