Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiana Kirmanda baş vermiş qanlı terror aktından dolayı başsağlığı verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Tərəflər beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin koordinasiyasına bundan sonra da hazır olduqlarını bildiriblər.
XİN rəhbərləri “Yaxın Şərq və beynəlxalq problemlər” ətrafında fikir mübadiləsi aparıb, həmçinin siyasi dialoqun və praktiki əməkdaşlığın qurulmasının aktuallığını vurğulayıblar.
Qeyd edək ki, yanvarın 3-də İranın Kirman şəhərində Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı keçirilən kütləvi mərasimdə baş verən teraktda azı 91 nəfər həlak olmuşdu.