Latviyanın baş nazirinin müavini Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub (FOTO)

Latviyanın Baş Nazirinin müavini, Müdafiə naziri cənab Artis
Pabriks Azərbaycana səfəri çərcivəsində Nizami Gəncəvi Beynəlxalq
Mərkəzində olub.

Mərkəzdən AzerTimes-a bildirilib ki, qonaqlara Mərkəzin regional
təhlükəsizlik, Ukrayna qaçqın və humanitar böhranı ilə bağlı
fevral-aprel aylarında Rumıniya, Moldova, Bolqarıstan və Polşada
yerləşən qaçqın düşərgələrinə baş tutan səfərlər, IX Qlobal Bakı
Forumuna hazırlıqla bağlı Yunanıstanda təşkil olunmuş XXIII Ali
Səviyyəli toplantı, o cümlədən IX Qlobal Bakı Forumuna hazırlıqla
bağlı Bosniya və Herseqovina, Sloveniya, Albaniya, Şimali
Makedoniya və Türkiyədə mərkəzin üzvlərinin keçirdikləri
toplantılar haqda məlumat verilib.

Cənab Artis Pabriks iyun ayında keçiriləcək IX Qlobal Bakı
Forumuna dəvət edilib və qonaqlara Mərkəzin həmsədrləri olan
Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın “Nizami
Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər” və Dünya
Bankının sabiq Vitse-Prezidenti olan cənab İsmayıl Seragəldinin
“Nizami Gəncəvi: Şair və Müdrik” kitabları və hədiyyələr təqdim
olunub.

O cümlədən qonaqlara Mərkəzdə dahi Azərbaycan şairi Nizami
Gəncəvinin əlyazmalarından ibarət sərgisi təqdim olunubdur.

Cənab Anrtis Pabriks, Mərkəzin may ayında Riqada səfərdə olacaq
Baş Katib və üzvlərini qəbul edərək daha ətraflı fikir mübadiləsi
aparacağı razılaşdırılıb.

Teqlər: