Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs Tvitterdə bildirib.
“Ölkə vətəndaşlarının Rusiyaya getməsinə, hazırda Rusiyada olanların isə mümkün qədər ölkəni tez tərk etməsinə çağırırıq”, – Rinkeviçs qeyd edib.