Latviyada yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək

Latviyada yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

AzerTimes-ın məlumatına görə, ölkə vətəndaşları altı dövlət əhəmiyyətli şəhərdə və 34 diyarda 664 millət vəkili seçəcəklər.

Seçkilərə ümumilikdə 324 namizəd siyahısı təqdim edildi və 5580 namizəd deputat mandatı uğrunda mübarizə aparacaq.


Vətəndaşlar seçkilərdə yerli vaxtla saat 07:00-dan 20:00-dək açıq olacaq özünüidarəetmə orqanlarının istənilən məntəqəsində səs verə bilərlər.