Latviyada keçirilən parlament seçkilərində Baş nazir Krişyanis Karinşin sağ mərkəzçi Yeni Birlik Partiyası qalib gəlib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Məlumata görə, səslərin 96 faizinin sayılmasından sonra Yeni Birlik Partiyası 19 faiz səs toplayıb. Bu nəticə ilə partiya yeni koalisiya hökumətinə rəhbərlik etmək imkanı qazanıb.
Karinşin partiyası 100 nəfərlik parlamentdə 42 nəfərlik yer əldə edib.