Latviya vətəndaşı olmaq istəyən rusların sayı artır

Latviya vətəndaşı olmaq istəyən rusların sayı artır

Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Latviya vətəndaşlığını almaq istəyən Rusiya vətəndaşlarının sayı artıb.

AzerTimes xəbər verir ki, bu barədə Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri üzrə İdarəsi məlumat yayıb.

Məlumata görə, vətəndaşlıq almaq istəyən rusların say əvvəlki illərə nisbətən iki dəfə artıb.

“Ötən ilin 11 ayı ərzində 111 Rusiya vətəndaşı Latviya vətəndaşlığını qəbul edib, 312 nəfər isə Rusiya vətəndaşlığından imtina üçün üçün ərizə verib”, – məlumatda qeyd olunub.

Teqlər: