Latviya Ukraynaya 500 PUA göndərdi

Latviya Ukraynaya 500 PUA göndərdi

Latviya Ukraynaya 500-dən çox PUA göndərib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Andris Spruds özünün X səhifəsində məlumat yayıb.

Latviyanın yaxın gələcəkdə qiyməti 4 milyon avro olan daha 2500-dən çox PUA təhvil verəcəyi bildirilib.

Qeyd edək ki, hazırda beynəlxalq “dron koalisiyası”na 14 ölkə – Latviya, Ukrayna, Böyük Britaniya, Avstraliya, Danimarka, Fransa, Estoniya, İtaliya, Kanada, Litva, Niderland, Polşa və İsveç daxildir. Bu ölkələr PUA alışı üçün yarım milyard avrodan çox vəsait toplayıblar.

Teqlər: