Latviya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasında Latviyanın “Cleantech Latvia” şirkətlər qrupunun
nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə şənbə günü Trend konfederasiyaya istinadən məlumat
yayıb.

“Cleantech Latvia Cluster” şirkətinin icraçı direktoru Evija
Pudane görüş zamanı Azərbaycanda kənd təsərrüfatı, su təsərrüfatı,
informasiya texnologiyaları, peşə təhsili, inşaat mühəndislərinin
sertifikatlaşdırılması kimi sahələrdə fəaliyyət üçün mövcud
imkanlar barədə sual verib.

“Latviya iş adamlarına Azərbaycanın aqrar sektorunda, xüsusən də
işğaldan azad edilmiş ərazilərdə mövcud potensial, xarici
investorların bu sahəyə marağı barədə ətraflı məlumat verilib”, –
məlumatda deyilir.

Eyni zamanda, klasterlərin yaradılması üzrə Latviya təcrübəsinin
Azərbaycan üçün maraqlı ola biləcəyi vurğulanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci
ilin yanvar-mart aylarında Latviya ilə ticarət dövriyyəsi 4,787
milyon dolları ötüb, ötən ilin eyni dövründə isə bu rəqəm 5,003
milyon dollar təşkil edib (il ərzində 4,32 faiz azalma).

Teqlər: