Latviya sərhədçiləri Belarus-Latviya sərhədini qanunsuz keçən 8 miqrantı saxlamaq üçün atəş açıblar.
AzerTimes xəbər verir ki, bu barədə Latviya Sərhəd Xidmətindən məlumat verilib.
Məlumata görə, miqrantlar Tronişki kəndi yaxınlığında aşkar edilib. Sərhədçilər onların qanunsuz keçidinin qarşısını almaq üçün silahdan atəş açmaq məcburiyyətində qalıblar.
Miqrantların hamısı saxlanılıb. 4 Hindistan və 4 İran vətəndaşı gəldikləri ölkəyə geri qaytarılıblar.