Latviya Rusiya qazının idxalını bərpa edib.
AzerTimes xəbər verir ki, bu barədə “Entsoq” platforması məlumat yayıb.
Belə ki, Rusiya qazı Latviya istehlakçıları üçün Estoniyadan Latviyaya daxil olan Valday-Pskov-Riqa magistral qaz kəməri vasitəsilə təmin edilir.
Məlumata görə, hazırda “Luxama” stansiyası gün ərzində təxminən 4 milyon kubmetr qaz qəbul edir.
Qeyd edək ki, Latviya iyulun sonunda Rusiyadan qaz idxalını dayandırmışdı.