Latviya öz aviabazalarında “Bayraktar” PUA-larını yerləşdirmək niyyətindədir

Latviya öz aviabazalarında Türkiyənin “Bayraktar TB2” pilotsuz
uçuş aparatlarını (PUA) yerləşdirmək niyyətindədir.

Trend-in
məlumatına görə, bunu Latviyanın müdaifə naziri Artis Pabriks
Türkiyədə keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində
deyib.

“Türkiyə Latviyada “Bayraktar TB2″ pilotsuz uçuş aparatlarını
yerləşdirsə, məmnun olarıq. Onlar bizim aviabazalarda 3 aydan 6
ayadək müddətdə yerləşdirilsə, biz onları sınaqdan keçirə və
müşahidə missiyaları üçün istifadə edə bilərik. Bu, bizim üçün
gözlənilən dəstək olar”, – deyə nazir bildirib.

Qeyd edək ki, Antalyada Diplomatiya Forumu martın 11-13-də
keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)