Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:
Latviya ilə Azərbaycan arasında sərnişin aviadaşımalarının bərpası hər iki ölkənin marağındadır.
AzerTimes-ın məlumatına görə, bunu Latviyanın nəqliyyat naziri Talis Linkayts Azərbaycanın Riqadakı səfiri Cavanşir Axundovla görüşü zamanı deyib.
Nazir bildirib ki, Latviya həm Azərbaycana, həm də Avrasiyaya yükdaşımalarında potensial görür.
Qeyd edək ki, Latviyanın “airBaltic” aviaşirkəti 2021-ci il iyunun 2-dən başlayaraq Riqa-Bakı marşrutu ilə həftədə iki dəfə uçuşlar keçirəcək.