Ticarətlə məşğul olan şirkətlər Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarından qaçmaq üçün Ermənistan, Türkiyə və Qazaxıstandan istifadə edir.
AzerTimes xəbər verir ki, bunu Latviyanın Baş naziri Krişyanis Karinş deyib.
“Məlumatlara nəzər salsaq görərik ki, sözügedən ölkələrin ticarəti müəyyən sahələrdə xeyli artıb. Görünən odur ki, ticarətçilər məhsullarını Rusiyaya göndərə bilirlər. Çünki bu ölkələr sanksiyalara əməl etmir”, – baş nazir bildirib.