Latviya daha 102 Rusiya vətəndaşını arzuolunmaz şəxslər siyahısına əlavə edib

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç daha 102 Rusiya
vətəndaşını ölkəsi üçün arzuolunmaz şəxslər siyahısına əlavə
edib.

Trend xəbər verir ki, bu barədə XİN rəhbəri özünün sosial şəbəkə
hesabında yazıb.

Nazir bildirib ki, siyahıya əlavə edilən Rusiya vətəndaşlarına
qeyri-müəyyən müddətə Latviyaya giriş qadağan edilir.