Lars yolu yenidən bağlandı

Lars yolu yenidən bağlandı

Hava şəraitinin pisləşməsi ilə əlaqədar Hərbi Gürcüstan Yolu ilə yükdaşımalar dayandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzlüyü, habelə Gürcüstan Sərhəd Polisinin tövsiyələri nəzərə alınaraq, “Vladiqafqaz-Lars” hissəsində ağır tonnajlı avtomobillərin hərəkəti növbəti xəbərdarlığa kimi dayandırılıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Hərbi Gürcüstan Yolu Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Teqlər: