Gürcüstandan Rusiya sərhədinə gedən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.
Buna ölkənin əksər bölgələrinə güclü qar yağması, görmə məsafəsinin azalması və yolların buz bağlaması səbəb olub. Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, qar uçqunu riski yüksəkdir.
Yerli sakinlərin sözlərinə görə, hazırda beynəlxalq avtomagistralda 500-dən çox avtomobil dayanıb.
Yerli polis sürücülərə və yolda qalan digər insanlara yardım göstərir.