Laricani Keşikçilər Şurasını tənqid etdi: Saxtakarlıq…

Laricani Keşikçilər Şurasını tənqid etdi: Saxtakarlıq…

İran parlamentinin keçmiş spikeri, prezidentliyə namizədliyini irəli sürmüş Əli Laricani Keşikçilər Şurası tərəfindən seçkilərə buraxılmamasına etiraz edib.

AzerTimes xəbər verir ki, o, bu barədə yaydığı açıq məktubda bildirib.

Laricani Keşikçilər Şurasını saxtakarlıqda ittiham edib:

“Namizədlərin təsdiq olunması prosesi qeyri-şəffaf mexanizmlə həyata keçirilib”.

Qeyd edək ki, bundan əvvəl 2021-ci ilin prezident seçkilərində də Əli Laricaninin namizədliyi təsdiq olunmamışdı.

Xatırladaq ki, Konstitusiya Keşikçiləri Şurası namizədliyini irəli sürən 80 nəfərdən yalnız 6-nı seçkiyə buraxıb.

Teqlər: