Bu ilin yazında rusiyalı general-polkovnik Aleksandr Lapin Kursk vilayətinin mühafizəsinə cavabdeh olan xüsusi yaradılmış idarələrarası şuranı ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Lapin həmin vaxt deyib ki, ölkənin sərhədlərini ən etibarlı yalnız hərbçilər qoruya bilər.
“Nəticədə avqustun 6-da Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətinin sərhədində zəif hazırlanmış Rusiya müdafiə xətlərini keçərək, min kvadrat kilometrdən çox ərazini ələ keçirib. Ukrayna tərəfinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin yüzlərlə əsgəri əsir götürülüb, onlarla rus yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib”, – nəşr bildirib .