Rusiya Mərkəzi Hərbi Dairəsinin keçmiş komandanı, general-polkovnik Aleksandr Lapin Quru Qoşunlarının qərargah rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Lapinin 2023-cü il yanvarın 10-da təyinat alması barədə Rusiya mediasında məlumat yayılmışdı. O zaman Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bu məlumatı nə təsdiq, nə də təkzib etdi. Həmçinin, o zaman hərbi idarə və digər dövlət qurumları Lapinin təyinatını rəsmən açıqlamadılar.