İrandakı strateji və iqtisadi hədəflərə zərbə endirməmək qərarı səhv idi. Biz İrandan daha yüksək qiymət tələb edə bilərdik və etməliydik.
AzerTimes xəbər verir ki, bu sözləri İsrailin müxalifət lideri Yair Lapid İrana bu gün endirilən zərbə haqda danışarkən deyib.
Bununla belə, o, İsrail hava qüvvələrinə “bir daha dünya səviyyəli əməliyyat imkanlarını və hava üstünlüyünü nümayiş etdirdiyinə” görə təşəkkür edib.
Qeyd edək ki, İsrail F-35-lər də daxil olmaqla, 100-dən çox müasir qırıcı ilə 2 km məsafədən İrana 26 oktyabra keçən gecə zərbələr endirib. İsrail ordusunun məlumatına görə, neft təsisatları və nüvə obyektləri deyil, yalnız hərbi obyektlər hədəf alınıb.