Lapid hakimiyyəti Netanyahuya ötürməyi tapşırdı

Lapid hakimiyyəti Netanyahuya ötürməyi tapşırdı

İsrail Baş naziri Yair Lapid müxalifət lideri Benyamin Netanyahunu növbədənkənar parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

AzerTimes xəbər verir ki, Lapid artıq öz əməkdaşlarına səlahiyyətlərin ötürülməsinə hazırlaşmağı tapşırıb.

“Baş nazir aparatının bütün bölmələrinə hakimiyyətin nizamlı şəkildə ötürülməsinə hazırlaşmağı tapşırmışam”, – Lapid qeyd edib.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə, Netanyahunun başçılıq etdiyi koalisiya qalib gəlib.

Teqlər: