Lapid: Bu zərbə İranı çökdürəcək

Lapid: Bu zərbə İranı çökdürəcək

İsrailin Tehrana cavab hücumunun hədəfi neft yataqları olmalıdır və bu, İran iqtisadiyyatına ciddi zərbə vuracaq.

AzerTimes xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Yair Lapid deyib.

“Biz neft yataqlarından başlamalıyıq. Amerika administrasiyası ilə razı deyiləm. Düşünmürəm ki, bu, seçkiyə beş dəqiqə qalmış dünya bazarında neftin qiymətini ciddi şəkildə artırsın. İran neftinin ixracı artıq yarıya endirilib, lakin bu, qlobal iqtisadi böhrana səbəb olmayıb. İranın neft yataqlarına vurulan zərbə onun iqtisadiyyatına ciddi ziyan olacaq”, – o bildirib.

Lapid qlobal iqtisadi böhranın qarşısını almaq və neft hasilatının artırılması üçün Səudiyyə Ərəbistanı kimi digər neft istehsal edən ölkələrə müraciət etməyi təklif edib.

Teqlər: