Lalə Rüstəmova Rusiyada “Bazelevs”i aldı

Lalə Rüstəmova Rusiyada “Bazelevs”i aldı

Rusiyalı kinorejissor və prodüser Timur Bekmambetov “Bazelevs” studiyasını şirkətin baş prodüseri Lalə Rüstəmova və kommersiya direktoru Timur Əsədova satıb.

AzerTimes xəbər verir ki, bu barədə RBK kanalı Lalə Rüstəmovaya istinadən məlumat yayıb.

O bildirib ki, sövdələşmə kommersiya xarakterli olub və bazar şərtləri əsasında aparılıb:

“Bu sövdələşməyə veriləcək pul 2022-ci ildə əldə etdiyimiz bütün gəlirlərimizdir – ilk növbədə “Yolok 9” və digər filmlərin prokatından əldə olunan pul, VOD platformalarında məzmun hüquqlarının satışlarından gələnə gəlir…”

Nəşrin məlumatına görə, “Bazelevs” rusdilli məzmunun hüquqlarını özündə saxlayacaq. Rüstəmova şirkətin benefisiarıdır və o, Əsədovla şirkətdə bərabər paya malik olacaq.

Bekmambetovun Rusiya biznesini tamamilə tərk etdiyi deyilir. “Bazelevs” hazırda onunla ödənişli rejissor və “Xoca Nəsrəddin” cizgi filminin ssenari müəllifi kimi əməkdaşlıq edir. Kinorejissor ABŞ-da qalır və Los-Ancelesdə işləməyə davam edəcək.

Teqlər: