Lahıc kəndində 1,2 ton ot bağlaması yandı

Lahıc kəndində 1,2 ton ot bağlaması yandı

Zaqatala rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Zaqatala rayonunun Lahıc kəndində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1,2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.