Laçın rayonunun Minkənd kəndindən yeni görüntülər yayılıb.
AzerTimes xəbər verir ki, görüntülərdən işğal dövründə kəndin ermənilər tərəfindən tamamilə dağıdıldığı aydın olur.
Qeyd edək ki, Minkənd Laçının ən böyük kəndidir. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyannaməsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunub.
Minkəddən çəkilən yeni görüntüləri təqdim edirik: