Laçın sakini püşkatma zamanı ona düşən evin başqasına satıldığını iddia edir.
AzerTimes xəbər verir ki, vətəndaş bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyini, amma ona lazımı cavab verilmədiyini bildirib.
İddiaya əsasən, onunla bərabər daha 2 nəfərə düşən ev Rusiyada yaşayan həmyerlilərinə verilib.
Qurumdan saytımıza bildirilib ki, yayılan iddia ilə bağlı araşdırma aparılır və araşdırmanın nəticəsi haqda məlumat veriləcək.
Daha ətraflı videoda: