Laçında səsvermə… – Foto

Laçında səsvermə… – Foto

İşğaldan azad olunan Laçın rayonunda növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb.

Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir.

Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.

Laçındakı məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər.

Teqlər: