Azərbaycan Respublikasının Dövlət Bayrağını təhqir etdiklərinə görə həbs olunan 3 erməni futbolçu sərbəst buraxılıb.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, avqustun 28-də Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan futbolçuların 10 günlük həbs müddəti başa çatdığı üçün sərbəst buraxıldıqları bildirilir.
Onların bu gün Həkəri körpüsündə Ermənistana təhvil verildikləri deyilir.